ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş-mitinq keçiriblər.
Teleqraf.com xəbər verir ki, yüzlərlə soydaşımız Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatları pisləyib.
Yarım saat davam edən yürüş zamanı "Əsgər marşı" səsləndirilib, "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "General Həşimov!", "Qarabağ bizimdir, bizim olacaq!", "Stop Armenian agression!", "Justice for Karabakh!", "Karabakh is Azerbaijan!" və s. şüarlar səsləndiriblər.
Tədbir Ermənistan səfirliyinin binası qarşısında aksiya ilə başa çatıb.