2 May 2014 17:26
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də Həmid Herisçinin “Solaxay” kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi Kitabevim.Az kitab marketində baş tutacaq.


Kitabda eyni adlı roman yer alır. Müəllifin bildirdiyinə görə “Solaxay” adı təsadüfi deyil. Əsər həqiqətən sol əllə yazılıb. Ancaq bu, yalnız məsələnin zahiri tərəfidir. Bu başlıqda həm də Cənubi Azərbaycandakı sol hərəkatı məcazlaşdırılıb, solaxaylıq konyuktura dövrünün fərqli, seçilmiş insan keyfiyyəti kimi təqdim edilib.


Roman avtobioqrafiq xarakter daşısa da realist əsər deyil. Burada reallıqla irreallığın, aşkar görünənlərlə sirli aləmlərin əlaqəsi itir. Ötən əsrin 70-80-ci illərində baş verən ictimai-siyasi hadisələr konspiroloji yozumda verilir.


Müəllif: Teleqraf.com