22 İyul 2020 14:09
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son 24 saat ərzində koronavirusudan 165 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son sutkada 5 min 862 nəfər koronavirusa yoluxub. Beləliklə, ümumi yoluxma sayı 789 min 190-a çatıb.

165 nəfərin ölümü ilə ölkə daxilində virusdan vəfat edənlərin ümumi sayı 12 min 745-ə yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı