23 İyul 2020 13:39
3 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə keçirilən görüşlə bağlı mətbuatda yayılan məlumatı təkrarlamaq istəməzdim. Amma onu demək istəyirəm ki, mən müvəqqəti işlər vəkilini XİN-ə dəvət edəndə ona çox açıq şəkildə dedim, bizdə çox açıq və müfəssəl məlumatlar var ki, bu baş verib.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, indi Serbiya tərəfi bizə məlumat verməlidir:

“Bizim Serbiyadakı səfirliyimiz orada görüşlər keçirib. Artıq Serbiya tərəfində bu istiqamətdə araşdırma başlayıb. Biz gözləyirik ki, araşdırma başa çatacaq və bizə adekvat cavab veriləcək. Biz Serbiya tərəfinin qarşısında bu addımların atılmasına gətirib çıxan səbəblərin aradan qaldırılması məsələsini qoymuşuq. Serbiya tərəfi dərk edir ki, bu məsələnin qiyməti nədir. Biz bu məsələnin ikitərəfli münasibətlərin gündəliyində olduğunu bildirdik. Çox təəssüf ki, erməni hücumlarının təhqiqi həmin silahların Serbiya mənşəli olduğunu üzə çıxarıb. Belə ki, istifadə olunan minomyotlar və digər silahlar Serbiya mənşəli silahlardır. Silah məsələsi çox dəqiq və böyük məsuliyyət tələb edən məsələdir. Biz bu məsələyə liberal yanaşa bilmərik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər