İyulun 22-də erməni hakerləri Teleqraf Media Qrupuna daxil olan Publika.az xəbər portalına hücum edib.
Saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını və “Emənistan güclüdür” sözlərini yerləşdirib. Hücum nəticəsində saytda iyulun 22-də yayımlanan xəbər və məqalələr silinib.
Texniki heyətin müdaxiləsi nəticəsində sayt fəaliyyətini qısa müddətdə bərpa edib.
Ermənistan mediası hakerlərin Publika.az-a hücumu ilə bağlı xəbərlər yayımlayıb.
“1in.am” saytı yazır ki, “erməni hakerlər Azərbaycanın geniş auditoriyaya malik olan tanınmış Publika.az saytını ələ keçirməyə nail olublar”.
Düşmən bu hücumu informasiya müharibəsində “böyük uğur” kimi qələmə verir. Lakin sayta müdaxilənin qarşısının qısa müddətdə alınması və fəaliyyətinin bərpa edilməsi Ermənistanın “böyük uğur”unu yarımçıq qoyub.