25 İyul 2020 18:44
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın paytaxtı Ottava şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə reallaşan etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin diqqətinə çatdırmaq olub. Azərbaycanın üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.

Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkətə keçməlidir!" və sair şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə vacib addımların atılmasını tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər