25 İyul 2020 20:55
3 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

XİN mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlərə aydınlıq gətirib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

L.Abdullayeva bildirib: "Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər