25 İyul 2020 22:41
8 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev meydanı” şirkətlər qrupu “Fud Siti” bazarında və digər obyektlərin fəaliyyətində bərabərlik prinsiplərinə riayət etməyə davam etmək niyyətindədir.

Teleqraf.com "Forbes"ə istinadla xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının sədri Qod Nisanovun adından yayılan bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, səhmdarlar və rəhbərlik obyektlərdə işləyən insanların milli mənsubiyyətinə fərq qoymadan, vahid yanaşma, rahatlıq və təhlükəsizlik prinsiplərini gözləyərək onların çalışmasına şərait yaradacaqlar.

Qod Nisanov vurğulayıb ki, qrupa aid olan şirkətlər fəaliyyət göstərdiyi illər ərzində milliyyətindən və dinindən asılı olmayaraq istehlakçıların, tərəfdaşların və icarədarların maraqlarını qoruyub. O vurğulayıb ki, “Kiyev meydanı” şirkətlər qrupunun səhmdarları və rəhbərləri hər kəs üçün ən rahat və təhlükəsiz şəraitin yaradılmasına xüsusi diqqət yetirərək bu prinsiplərə riayət etməyə davam etmək niyyətindədirlər.

Axar.az-ın məlumatına görə, Rusiya Erməniləri Birliyinin mətbuat xidməti də rəsmi Feysbuk səhifəsində bununla bağlı məlumat paylaşıb. Bildirilib ki, ermənilərin bazara buraxılması Qod Nisanovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşündən sonra mümkün olub.

Qeyd edək ki, yayılan iddialara “Fud Siti”nin rəsmi İnstaqram səhifəsində təsdiq və ya təkzib verilməyib.

Q.Nisanovun S.Lavrovla görüşü isə 23 iyulda baş tutub. Belə ki, S.Lavrovun erməni və azərbaycanlı icmaları ilə görüşündə erməniləri Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan, azərbaycanlı icmasını isə Qod Nisanov təmsil edib.

Xatırladaq ki, iyulun 12-də Ermənistanın Tovuzdakı təxribatlarından sonra Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları “Fud Siti” kənd təsərrüfatı məhsulları bazarından çıxarılmış, erməni ticarətçilərin məhsulları boykot edilmişdi.


Müəllif: Teleqraf.com