26 İyul 2020 21:54
9 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli aviadaşıyıcısı AZAL- bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.

AZAL-dan Teleqraf.com-a verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər