10 Sentyabr 2020 10:28
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə ərazisində iri ticarət mərkəzlərinin və molların fəaliyyətinin bərpası üçün epidemioloqlarımız yekdil qərara gələ bilərlər”.

Bunu Teleqraf.com-a Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev deyib.

O, ticarət mərkəzlərinin və molların fəaliyyətinin bərpa olunmasını istədiyinə diqqət çəkib:

“Çünki bu kimi ticarət mərkəzlərində çoxsaylı insanlar ailələrinin dolanışığını təmin edir. Eyni zamanda bu məkanlar insanların çox toplaşdığı yerdir. Burada məhdudiyyətlər qoymaqla, mexanizmlər işləyib hazırlamaqla ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Güman edirəm ki, mütəxəssislər bunun üzərində işləyir və epidemioloqlarımız bir qərara gələ bilərlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər