12 Sentyabr 2020 15:22
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla danışıb.

Bu barədə Teleqraf.com-a Kürdoğlu Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Əhməd Əhmədzadə Dilqəm Əsgərovun probleminin həlli istiqamətində oğlu Kürdoğlu Əsgərova söz verib:

“Sentyabrın 11-də məni Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) dəvət etdilər. Qurumun əməkdaşları ilə su altında qalan ailəmizə məxsus torpaq sahələrinin, bağın, fermaların müzakirəsini apardıq. Bu zaman Əhməd Əhmədzadə əməkdaşlara zəng etdi və mənimlə telefonla danışdı. Təxminən 10-15 dəqiqə davam edən danışıq zamanı Əhməd Əhmədzadə atamın səhhəti ilə maraqlandı və suyun altında qalan torpaq sahələrimizlə bağlı yaşanan problemin həll ediləcəyinə söz verdi.

Bildirdi ki, lazım olan bütün köməkliyi əsirgəməyəcək. Artıq bununla bağlı tapşırıq və göstərişlərini verib. Mən də öz növbəmdə Əhməd Əhmədzadəyə məsələyə bu cür tez reaksiya verdiyi üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Kürdoğlu Əsgərov atasının 2001-2002-ci illərdə Şəmkir və Daşkəsən rayon ərazisində bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürdüyünü bildirir. İddiaya görə, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən torpaq sahəsində 70 qoz, 692 ədəd isə müxtəlif meyvə ağacı olub. Mütəxəssislərin hesablamalarına görə, onlara dəyən zərərin miqdarı 1 549 860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər