21:17
Hazırda həbsdə olan Müsavat partiyasının üzvü Tofiq Yaqublu hospitala yerləşdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.
O, atasının "City Hospital"a gətirildiyini bildirib.
Qeyd edək ki, Tofiq Yaqublu 11 gündür aclıq aksiyası keçirir.
Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham olunurdu.
İttihama görə, avtomobil qəzası zamanı Tofiq Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Tofiq Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.
Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
***
Qızı Nigar Həzi Tofiq Yaqbublunun həkim Adil Qeybullanın nəzarəti altında olduğunu bildirib.
O qeyd edib ki, Tofiq Yaqublu bu gecə reanimasiyada olacaq, sabah palataya köçürüləcək.