Ev heyvanlarının koronavirusa yoluxma hallarında ölüm nisbəti daha yüksəkdir.
Teleqraf.com xəbər verir ki, bu, Çinin Vuhan şəhərində fəaliyyət göstərən Huazhong Kənd Təsərrüfatı Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.
Vuhan şəhərində yanvar-mart aylarında 100-dən çox pişikdən götürülən qan nümunələrində ev heyvanlarının bu virusa insanlardan yoluxduğu aşkarlanıb. Tədqiqat çərçivəsində qan nümunəsi olan pişiklərin təxminən 15 faizində COVID-19 antikorları, 10 faizində isə Sars-CoV-2 virusunu neytrallaşdıran antikorların olduğu təsbit edilib.
Tədqiqatçılar xəstəliyin yayılmasının qarşısını almaq üçün COVID-19 xəstələrinin ev heyvanlarından təcrid olunması vacibliyini vurğulayır. Araşdırmada koronavirusa yoluxmuş pişiklərin heç birində simptom nəzərə çarpmadığı, ancaq virusun ev heyvanları üçün ölümcül olduğu bildirilib.