“Son bir həftə ərzində Avropada koronavirusa yoluxma 300 mini keçib”.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe deyib.
O bildirib ki, bu rəqəm epidemiyanın ilk dəfə artdığı mart ayından xeyli çoxdur:
“Bəzi ölkələr karantin şərtlərini dəyişərək karantin müddətini azaltdı. Avropa çox ciddi bir vəziyyətlə qarşı-qarşıyadır və karantin müddətinin ən kiçik bir şəkildə qısaltmasını belə məsləhət görmürük”.
“Rusiya, Andorra, Azərbaycan, İsrail və Türkiyə də daxil olmaqla, Avropa bölgəsindəki ölkələrin yarısından çoxunda son iki həftədə infeksiya 10 faizdən çox artıb. Bu ölkələrin 7-sində yeni yoluxma sayı iki dəfə artıb. Baharda və yayın əvvəlində karantin və komendant saatının təsirini gördük, səylərimiz nəticə verdi. İyun ayında ən aşağı səviyyəni gördük, lakin sentyabr ayında artan yoluxma sayı hamımız üçün xəbərdarlıq çağırışı olmalıdır” deyə, Hans Kluqe bildirib.
Kluqe aparılan test sayında artımların olduğuna da diqqət çəkib: "Bu, bölgədə xəstəliyin ötürülmə nisbətinin yüksək olduğunu göstərir”.
Qeyd edək ki, ÜST-ün Azərbaycanla bağlı statistikasında yanlışlıq var. Ölkəmizdə son zamanlar yoluxma həcmində azalma tendensiyası var.