"Pandemiya dönəmində bəzi varlı amerikalılar sərvətlərini artırdılar. Dünyada xalis aktivləri 8 trilyon dollar olan 2000-dən çox milyarder var. İnsanların pul qazanması əleyhinə deyiləm, amma bəşəriyyətdə şahidi olduğumuz ən böyük böhranı yaşayır. Dünya tarixinin fövqəladə bir dövründə zənginlər hərəkətə keçməlidir. Kasıblara kömək etməyin zamanı gəlib".
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli deyib.
O, dünyada 30 milyon insanın yalnız ÜST-nin verdiyi qida ilə yaşadığına diqqət çəkib: “Bunun üçün 4.9 milyard dollara ehtiyac var. 30-dan çox ölkədə aclıq baş verə bilər. Belə bir vəziyyət münaqişənin sarsıtdığı bölgələrə böyük zərbə vuracaq.
Aclıqdan ölümün astanasında olan 270 milyon insan üçün daha çox şey lazımdır. WFP və tərəfdaşları bu il 138 milyon insana yardım edəcək ki, bu da tarixdəki ən böyük miqyaslı yardım olacaq.
Milyonlarla insan münaqişə, iqlim dəyişikliyi və yeni növ koronavirus epidemiyası səbəbiylə aclıq ərəfəsinə yaxınlaşır. 5 ay əvvəl baş verə biləcək “aclıq epidemiyası” xəbərdarlığı qıtlığın qarşısını aldı və insanları yaşatdı, lakin işlər hələ bitməyib” .