Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq və Kommunikasiya Departamenti yaradılıb.
Departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.
ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti, aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə Əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.
Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.
Qeyd edək ki, R.Şərifov həm də “Lider” televiziyasında nümayiş olunan “Ekonomiks” verilişinin aparıcısıdır.
NİGAR