14 Oktyabr 2014 12:07
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özbəkistanın Dövlət Gömrük xidmətinin rəhbəri Zohid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfərinin əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsidir”.

Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib.

DGK sədri qeyd edib ki, görüş çərçivəsində gömrük əməkdaşlığı ilə bağlı həm ikitərəfli danışıqlar aparılacaq, həm də Özbəkistan tərəfini maraqlandıran (Azərbaycan gömrük xidmətində və informasiya texnologiyaları sahəsində tətbiq olunan proqramlar, metodlar və s.) məsələlər müzakirə olunacaq.
Bundan başqa, Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzlanacaq. Birincisi, idxal-ixrac əməliyyatları ilə bağlı əvvəlcədən informasiyanın mübadiləsi haqqında protokoldur. İkincisi, 2015-2016-cı illə bağlı hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır.

Aydın Əliyev Fəaliyyət Planının geniş əhatəli olduğunu vurğuladı: “Burada müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyalarının tətbiqi və gömrük xidmətləri sahəsində, Azərbaycan və Özbəkistan gömrük akademiyaları arasında, qaçaqmalçılıqla bağlı təcrübə və informasiya mübadiləsi haqqında və sair məsələlər öz əksini tapıb”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər