14 Oktyabr 2014 13:22
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın baş hərbçisi Seyran Ohanyan rəhbərlik etdiyi ordunun vəziyyəti ilə açıqlama yayıb. O, vaxtaşırı hərbi siyasətə qarışdıraraq hətta öz vətəndaşlarının təəccübünə səbəb olan bəyanatlar verir. Uğursuz zabit və ondan da uğursuz siyasətçi Ohanyan budəfəki bəyanatı ilə isə ölkəsini lap şoka salıb. Çünki onun dedikləri Azərbaycan siyasətçilərinin və ekspertlərinin dedikləri ilə tamamilə üst-üstə düşür. Şübhə yoxdur ki, erməni nazir reallığı deyib, ancaq o əvvəllər bunu yalnız Ermənistan prezidentinin yanında qapalı iclaslarda deyirdisə, indi artıq açıq şəkildə deyir. Görünür artıq gizlətməyin mənası yoxdur”.

Teleqraf.com-un məlumatına görə, bunu “Feysbuk” sosial şəbəkəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə yazıb.

O qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub. S.Ohanyanın “Zabitlərin əsgərlərə normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kimə sirr deyil ki, zabitlərin son zamanlar “belə fəaliyyəti” çox acınacaqlıdır. Hazırda orduda nizam-intizam ciddi şəkildə pozulur”, fikrini sitat gətirən A.Mirzəzadə bunun tamamilə düzgün fikir olduğunu vurğulayıb. Əlavə edib ki, bu fikri Azərbaycan tərəfi həmiş deyir və bildirir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır:

“Bilirik ki, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin, Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir, ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır. Ohanyan düzünü dedi, ancaq özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkindi. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri (elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir. O, sərkisyanlar və ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə məhz işğal faktoru dayanır. Əhali ölkədən qaçır, min illərdən sonra təsadüfən yaranmış erməni dövləti layihəsi iflasa uğrayır, sabaha ümid yoxdur. Bütün bunlar Ermənistan prezidenti yanında qapalı iclaslarda tez-tez səslənir. O fikirlərin açıq deyiləcəyi gün də uzaqda deyil. Kim gözləyərdi ki, Ohanyan Ermənistan ordusunun içində Azərbaycan tərəfinin sözlərini deyəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər