Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-16-da Tacikistanın paytaxtı Düşənbədə rəsmi səfərdə olacaq.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Tacikistan mətbuatında yayılıb. Bildirilir ki, səfər çərçivəsində Azərbaycan prezidentinin tacikistanlı həmkarı Emoməli Rəhman və digər rəsmi şəxslər ilə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq və regional məsələlər qiymətləndiriləcək.
Səfər çərçivəsində bir sıra ikitərəfli müqavilələrin imzalanması da gözlənilir.
Samir