24 Sentyabr 2020 09:41
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT və İngiltərə "Qlobal iqlim sammit"i keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş məlumat verib.

Sammit BMT və İngiltərənin Paris iqlim sazişinin 5-ci ildönümü münasibətilə dekabrın 12-də təşkil olunacaq.

Sammitdə Paris sazişinin öhdəliklərini gücləndirmək üçün iqlim dəyişikliyinə qarşı mübarizədə ən iddialı dünya liderləri, özəl sektor və qeyri-hökumət təşkilatları bir araya gələcək.

Antonio Quterreş iqlim böhranı üçün itiriləcək vaxtın qalmadığını deyib: “Bəşəriyyətin mövcudluq böhranı sürətli və qətidir. Bir hərəkət planı lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər