25 Sentyabr 2020 18:14
4 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Geqarkunik rayonunun Çovaqyux kəndinin sakinləri Rusiyanın “Qazprom” şirkətinin yerli şöbəsinin işçilərinə dəyənək və daşla hücum ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda kənd sakinlərinin şirkətin əməkdaşlarını döydükləri deyilib.

Şirkətin əməkdaşlarını qoruyan polis hadisənin qarşısını ala bilməyib. Kəndin bələdiyyə sədri Vahram Gevorkyan hadisədən əvvəlcədən xəbərdar olaraq 30-50 nəfərlik bir qrupun müşayiəti ilə olay yerinə gəlib və “Qazprom”un əməkdaşlarını təhdid etməyə başlayıb. Kəndlilər rus şirkətini Ermənistan xalqını istismar etməkdə günahlandırıb və ölkədən çıxmağı tələb ediblər.

Dəyənək və daşlarla silahlanmış kəndlilər polislə davaya girərək şirkətə məxsus “Belarus” traktorunu darmadağın ediblər.
Hücum faktı ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər