28 Sentyabr 2020 18:01
3 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün hamı sevinc içərisindədir. 30 ildən artıqdır ki, gözlədiyimiz an yetişdi. Yağı düşmənin - erməni faşizminin torpaqlarımızda at oynatmasına qəlbimizi dəlib-deşən ağrı ilə dözürdük. Sentyabrın 27-si hər şey dəyişdi. Ordumuz erməni qəsbkarlarının hücumuna əks həmlə ilə cavab verdi. İnsanlarımız bir ağızdan ordumuza uğurlar arzuladı. Evlərimizin pəncərə və eyvanlarını milli bayraqlarımız bəzədi. Cəmiyyətimiz coşub-qaynamağa başladı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, mərhum polkovnik-leytenant Rəşad Atakişiyev həyat yoldaşı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova deyib.

O, bu gün şahidi olduğu bir məqamın onu daha da qürurlandırdığını deyib: “Qız tələbələrimdən biri – “Könül xanım, müharibə şəraitindəyik, əgər dərslərimiz təxirə salınsa, cəbhə bölgəsinə getmək üçün müraciət edib, oradakı yaralı əsgərlərimizə tibb bacısı kimi yardım edib, vətən qarşısındakı borcumdan az da olsa, çıxmış olaram” deyə bildirdi. Bu cür övladı olan millət heç zaman torpaq həsrəti çəkə bilməz. Rəşadətli ordumuzun hücumları qürurvericidir. Bu dəfə qələbə çalacağımıza, ərazi bütövlüyümüzün təmin olunacağına tam inanıram.

Cəmiyyətimizdəki milli həmrəylik, ölkə Prezidenti İlham Əliyev cənablarının qətiyyət və dəyanəti bu məsələnin gerçəkliyini əyani surətdə təsdiq edir. Qürur hissi keçirirəm ki, həyat yoldaşım, şəhid-pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin vətənimizin bütövlüyü naminə olan arzuları onun döyüş yoldaşları tərəfindən böyük uğurla həyata keçirilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər