3 May 2014 10:46
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad edilməsinə Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, Sabah qəzeti "Əliyev İskəndərovu vəzifədən çıxardı" başlığı ilə yayımladığı xəbərdə komitə sədrinin prezidentin sərəncamı ilə işinə son verildiyi deyilir. Yayımlanan xəbərdə İskəndərovun Türkiyədəki "paralel quruluş" la əlaqəli olduğu da yer alır.

Digər bir qəzet HaberTürk isə bu məlumatı "Qardaş ölkədə düyməyə basıldı!" başlığı ilə oxucularına çatdırıb. Xəbər oxuculara "Azərbaycanda o başçı vəzifədən alındı" deyə təqdim olunub.


Müəllif: Teleqraf.com