1 Oktyabr 2020 18:59
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərləri ictimailəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı saytı da bu məqsədlə istifadə olunur. Sayt erməni yalanlarının ifşasını tirajlamaqla məşğuldur. Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər