2 Oktyabr 2020 14:33
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməliyyatın gedişi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hucum nəticəsində Ermənistan silahlı qüvvələrinin müqaviməti ciddi şəkildə sarsıdılıb.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu istehkam sistemləri qısa müddətdə məhv edilib:

“Ermənistan ordusu SMERÇ-lərdən mülki obyektlərimizi hədəfə alır. Bu, onların növbəti aciz durumunu göstərir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ermənistan ərazisindən Azərbaycanı hədəfə alan istənilən hərbi hədəf məhv ediləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər