Hərbi cinayətlərlə bağlı Hərbi Prokurorluq tərəfindən 5 cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
O bildirib ki, hazırda araşdırmalar davam edir: "Müharibə cinayətləri ilə bağlı sübutları toplamaq nə qədər çətin olsa da, biz buna davam edəcəyik və sübutları toplayacağıq".