3 Oktyabr 2020 21:01
4 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhtərəm Prezidentimiz, Ali Baş Komandana və xalqımıza minnətdarlığımı bildirirəm, bir əsgər hissiyatı keçiririk. Hədəfimiz tək Madagiz deyil, ərazi bütövlüyümüzün tam bərpa olunması, işğalda olan torpaqlarımızın azad olunması, bu problemin birdəfəlik həll olunmasıdır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov AzTV-yə açıqlamasında deyib.

"Əsgərlərimizin əhval-ruhiyyəsi yüksəkdir, hamısı Vətən üçün öldürməyə, torpaqlarımızı azad etməyə hazırdır və bunu edirlər", - deyə qeyd edib.

Bir neçə gün sonra yubileyini qeyd edəcək general torpaqlarımızın azad edilməsinin onun üçün ən böyük hədiyyə olacağını bildirib: "Ondan gözəl hədiyyə ola bilməz. Allahın köməkliyi ilə, inşallah olacaq. İnşallah Ali baş komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda itirilmiş ərazi bütövlüyünü bərpa edəcək".

Qeyd edək ki, Madagiz 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri xalqa Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər