Türkiyə paytaxtı Ankara şəhərinin Keçiörən bələdiyyəsi Azərbaycana ənənəvi həmrəylik aksiyalarına uyğun olaraq daha bir möhtəşəm addım atıb.
Teleqraf.com xəbər verir ki, Keçiörən bələdiyyəsinin inzibati binasından Azərbaycan və Türkiyənin dövlət bayraqları, iki qardaş ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın portretləri asılıb. Bu aksiya Azərbaycan Silahlı Qüvvələrinin tarixi missiyasına dəstək və xalqımızla həmrəylik xarakteri daşıyır.
Qeyd edək ki, Ankara şəhərinin Keçiörən bələdiyyəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, o cümlədən işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi məqsədilə fasiləsiz olaraq həmrəylik tədbirləri keçirir. Keçiörən Bələdiyyə Məclisinin qərarı ilə Xocalı faciəsi soyqırımı aktı kimi tanınıb, rayonun mərkəzindəki Xocalı Parkında soyqırımı qurbanlarına abidə ucaldılıb.