Ermənistan tərəfindən Gəncə ağır artilleriya atəşinə tutulub.
Teleqraf.com-un məlumatına görə, Ermənistan tərəfindən atılan raketlər mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
H.Hacıyev bildirib ki, Ermənistanın Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirib. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. Gəncəyə dörd yeni raket düşüb".
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.