Erməni təbliğat maşını gülünc bir şəkildə hər saniyə Türkiyədən kimisə görməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində qeyd edib.
"Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirdikdən sonra, ermənilər Azərbaycanın mülki müdafiə qüvvələrini "türk qüvvələri" şəklində təsvir edirlər", - deyə Hikmət Hacıyev vurğulayıb.