4 Oktyabr 2020 13:52
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı müharibə və hərbi cinayətləri davam etməkdədir. Bu gün Gəncə, Füzuli, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə hücumlar edilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:

"Ermənistanın mülki obyektləri hədəfə almaqda məqsədi düşünülmüş hərbi strategiyadır. Uzun müddət ərzində Ermənistan tərəfindən bu praktika tərtib edilir. Hücumlar nəticəsində Azərbaycanın müxtəlif şəhər və məntəqələrinə 10 mindən artıq mərmi atılıb. Ermənistan silahlı qüvvələri və siyasi rəhbərliyi kütləvi şəkildə Azərbaycanın şəhər və rayonlarını bombalamağa davam edirlər. Bu, onların təcavüzkarlıq siyasətinin tərkib hissəsidir. Buna görə də, Ermənistan Respublikası kütləvi şəkildə insanların yaşadığı yerlərdə bu addımları ataraq Ermənistanın terrorçu dövlət olduğunu göstərir. Əmin ola bilərsiniz ki, Azərbaycan tərəfindən bu kimi hücumlar cavabsız qalmır və düşmənə adekvat cavablar verilir".

H.Hacıyevin sözlərinə görə, "Azərbaycanın işğal olunmuş ərazilərinin düşməndən azad olunması istiqamətində səylər davam etdirilir. Ermənistan siyasi rəhbərliyinə mesaj verildi ki, mülki əhalinin vurulmasından uzaq dursunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri isə dəqiq raket zərbələri həyata keçirirlər. Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri Ermənistanın öz ərazisindən həyata keçirilir. Ermənistanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu bütün region üçün təhlükə mənbəyidir".

O bildirib ki, Tərtər, Horadiz, Ağdam rayonunun sakinləri qorxmadan Ermənistanın hücumları qarşısında sinə gərirlər: "Bunların hamısı sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaqdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər