5 Oktyabr 2020 15:37
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

Bu barədə Teleqraf.com-a Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

Məlumata görə, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir:

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır!

Zəfər Azərbaycanındır!


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər