Hikmət Hacıyev“Ermənistanın siyasi rəhbərliyində olan şəxslər bilavasitə məsuliyyət daşıyırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
H.Hacıyevin sözlərinə görə, onlar tərəfdə hər hansı bir legitim hərbi hədəf yoxdur:
“Buradan da görünür ki, onların məqsədi nədir. Onlar tərəfindən uzaqmənzilli raketlərdən də istifadə olunur. Bu əməllər biz Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasəti kimi qiymətləndiririk”