5 Oktyabr 2020 19:00
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket zərbələrinə məruz qalıb. Zənnimcə, cəbhə xəttindən 60 kilometr məsafədə yerləşən şəhərin atəşə tutulması birmənalı olaraq məhz dinc sakinlərə zərbə endirmək, Azərbaycan xalqına ziyan vurmaq niyyəti daşıyır. Mahiyyətinə görə müharibə cinayəti olan bu hücum nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RF Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

“Oxşar hadisələrə gələcəkdə yol verilməməsi üçün dünya birliyi buna bənzər hərəkətləri qətiyyətlə pisləməli və Ermənistanın rəsmi hakimiyyət orqanlarına təzyiq göstərməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində dinc yolla həll olunmasının vacibliyi mövqeyində durur. Dinc sakinlərin, eləcə də hərbi əməliyyatların iştirakçılarının ölümü hamı üçün ağrı-acıdır, bütün işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması yolu ilə qan tökülməsinin qarşısını almaq lazımdır”, - deyə rusiyalı deputat qeyd edib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər