5 Oktyabr 2020 20:58
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Türkiyə əlindəki güc və imkanlarla bu çirkin oyunu pozmaqda qərarlıdır. Bunun üçün də BMT-də "dünya 5-dən böyükdür", deyirik. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də insanlığın üz qarası olan qətliamlardır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə yerinə onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək hər bir dövlətin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, - dövlət başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər