“Dünya haqlının, yəni Azərbaycanın yanında yer almalıdır, biz hər yerdə Azərbaycanın haqlı davasını müdafiə edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Feysbuk səhifəsində yazıb.
“Dağlıq Qarabağ Azərbaycanındır. Dünya haqlının, yəni Azərbaycanın yanında yer almalıdır. Azərbaycanın haqlı davasını hər yerdə müdafiə edəcəyik. Kədərdə də, sevincdə də, bu gün də, sabah da yanınızdayıq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan”, - nazir bildirib.