Qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbəri”nin “mətbuat katibi” Vaqram Poqosyan erməni qoşunlarının geri çəkildiyini etiraf edib.
“Cəbhənin bəzi istiqamətlərində qoşunlar geri çəkildi”, - deyə o, “Facebook” səhifəsində qeyd edib.
Cəbhədəki acı məğlubiyyətlərini taktiki gediş adı ilə ört-basdır etməyə çalışan Poqosyanın bu etirafı böyük itkilər verən düşmənin hərbi qüvvəsinin tükənmək üzrə olduğu faktını bir daha təsdiqləyir.