6 Oktyabr 2020 23:58
2 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin müşaviri Vaqarşak Arutyunyan İrəvanın məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini atəşə tutduğunu rəsmən etiraf edib.

Teleqraf.com xəbər verir ki, Arutyunyan bunu “Rossiya-1” telekanalındakı “Vesti” verilişində deyib.

O deyib ki, hazırda Ermənistan ordusu xüsusi taktika ilə hərəkət edir:

“Biz daha sonra dinc əhalinin yaşadığı məntəqələrə zərbələr endiririk ki, orda panika və çaxnaşma yaradaq”.

Arutyunyanın bu sözlərindən dərhal sonra Rusiya kanalı efirə reklam buraxıb və onun bunun ardınca dediyi sözləri efirdən yığışdırıb.

Görünür, “Rossiya-1” telekanalının jurnalistləri verilişi efirə verərkən Paşinyanın müşavirinin əslində dəhşətli cinayətləri etiraf etdiyini başa düşüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər