7 Oktyabr 2020 00:29
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər