3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov ölkə Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Ömər Məmmədli müraciətində qeyd edib:
“Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm”.
Ömər Məmmədli daha sonra qeyd edib ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam: “Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız. Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm”.
Qeyd edək ki, Ömər Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov