7 Oktyabr 2020 19:55
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində məlumat verib.

Dövlət başçısı həmçinin Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğunu bildirərək deyib: “Bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər