8 Oktyabr 2020 21:57
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mülki əhalini hədəfə almaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan, bununla öz tarixinə daha bir qara ləkə yapışdırmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu ifadə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Mətində əlavə olaraq yazılır:

“Ermənistan işğal etdiyi Dağlıq Qarabağı dərhal boşaltmalı və törətdiyi insanlıq cinayətlərinin hesabını verməlidir”.

Paylaşımda, həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini, mülki yaşayış məntəqələrini və infrastrukturu hədəfləyən raket zərbələrindən videogorüntülər də təqdim olunub.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər