Ermənistan ilk dəfə deyil ki, öhədikləri yerinə yetirmir. Bu, növbəti dəfə Ermənistan tərəfindən həyata keçirilən riyakar addımın nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib:
"Ermənistan tərəfi dünya ölkələri və beynəlxalq təşkilatlara müraciət edərək atəşkəs elan olunmasını xahiş edirdi. Bizim humanitar atəşkəsdən imtina etməyimiz dünya ictimaiyyəti üçün səhv addım hesab oluna bilərdi. Bununla növbəti dəfə humanist və sivil ölkə olduğumuzu nümayiş etdirdik. Gəlin növbəti müddəti gözləyək..."
Nazir bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi çox ağır durumdadır: "Biz bunu bir sıra istiqamətlərdə gördük. İtirdikləri ərazilərdən Azərbaycanda reportajlar verilir, ancaq Ermənistan bunu inkar edir və əhalisini aldadır. Ötən günlər ərzində bu proses onlarda dərinləşməkdədir, daxili qarşıdurma var.
Ermənistanda bir neçə yüksək rütbəli general həbs edildi. Daxili auditoriya üçün müsbət mesajları hələ çox eşidəcəyik. Bir il əvvəl yeni şərtlərini deyirdilərsə, bu gün yeni sənədə imza atırlar. Hər bir təxribat xarakterli mesajlara diqqət yetirmək lazımdır".
Hikmət Hacıyev əlavə edib ki, sözügedən atəşkəs humanitar xarakterlidir, müvəqqəti əsaslarladır: "Bu, əsir və girovların dəyişdirilməsini özündə ehtiva edir. Diplomatik danışıqlar aparılmadır. Hərbi müstəvidə dəyişilmiş status-kvo nəticə yönümlü prosesdə inkişaf etdirilməldir.
Cənubi Qafqazda sülhün təmin olunmasının qarşısını almaq üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqların tərk etməlidir".