Türkiyə Minsk qrupuna üzv ölkələrindən biridir. Türkiyə artıq masadadır, indiki reallıqda qardaş Türkiyə proseslərdə aktiv iştirak etməkdədir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:
"Baş verən proseslər Türkiyəni ciddi narahat edir. Əminik ki, Türkiyə bu proseslərə öz töhfəsini verəcək. Hesab edirik ki, bu, bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxararsa, davamlı sülhə şərait yaranar".