Hazırda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi ilə bağlı məsələ nəzərdə tutulmayıb. Azərbaycan ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələrilə sıx işləməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı: "Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qəbul edirik. Fransa prezidenti birtərəfli qaydada Ermənistanı dəstəkləmişdi və biz bununla bağlı mövqeyimizi bildirdik".