11 Oktyabr 2020 10:10
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir.

Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox hərbi cinayətlərə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır".

Preziden komekçisi həmçinin bildirib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər