11 Oktyabr 2020 10:45
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə hadisə baş vermiş yerdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

Teleqraf.com Trendə istinadən xəbər verir ki, mərmi düşən əraziyə gedən bütün küçələr Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən bağlanıb:

"Hazırda hadisə yerində FHN əməkdaşları işləyirlər, onlar dağıntılar altında qalan insanları çıxarmağa çalışırlar. O cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları da mərmi düşən yerdədirlər və düşmən tərəfindən hansı raketin atıldığı üzrə araşdırmalar aparılır".

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər