"Arsenal"ın futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bununla bağlı Twitter" hesabında paylaşım edib.
Almaniya yığmasının sabiq üzvü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.
Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.