“Xoş xəbərlər gəldi və davam edəcək! Yaşa Ali Baş Komandan! Yaşa Azərbaycan Ordusu! Bu gün Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərinin işğaldan azad olunması o deməkdir ki, qoşunlarımız Cəbrayıl və Hadrud istiqamətindəki yüksəkliklərə tam nəzarət edir. Bu isə ordumuzun daha da irəliləyəcəyi və tezliklə yeni xoş xəbərlərin olacağı anlamına gəlir”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi Qarabağ uğrunda savaşda strateji mövqelərimizi daha da gücləndirir: “Çünki bu bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində möhkəmlənməyimiz deməkdir.
Qeyd edim ki, Xocavənd rayonunun ümumi sahəsi 1458 kvadrat km, əhalisi 41.725 min nəfərdir. İşğaldan öncə sözügedən rayonda 11 min azərbaycanlı yaşayırdı. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Rayonun böyük iqtisadi və turizm potensialı var. Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!”