15 Oktyabr 2020 08:51
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 10 oktyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması, bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib.

Teleqraf.com xəbər verir ki, İƏT-in Baş Katibliyi Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayıb, İslam Əməkdaşlıq Təşkilatının qətnamə və qərarlarını, həmçinin (BMT) Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladaraq, iki ölkə arasında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırır.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi şəhid olan azərbaycanlıların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər